Bakının Binəqədi rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 7 noyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Qəza “Baksol” yolunda qeydə alınıb. “KamAZ” markalı yük avtomobilinin sürücüsü idarəetməni itirərək digər “KamAZ”-a çarpılıb.
Hadisə zamanı bir nəfər yüngül xəsarət alıb. Yük maşınlarına ciddi maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_118983" align="alignnone" width="640"]
Foto APA[/caption]