Bakının Sabunçu rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 18 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə Balaxanı–Binəqədi yolunda, “Lukoil” yanacaqdoldurma məntəqəsinin ərazisində qeydə alınıb. Əraziyə təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunublar.
Qəza nəticəsində 2 kişi xəsarət alıb. Onlar müştərək travma diaqnozları ilə Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər.
[caption id="attachment_135450" align="alignnone" width="640"]
Foto NİİM[/caption]