Sabunçu rayonunun Balaxanı qəsəbəsində bıçaqlanma baş verib. Bu haqda bu gün, 8 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
38 yaşlı Ruslan Abbasov qəsəbə ərazisində küçədə dava edən zaman tanışı tərəfindən bıçaq xəsarətləri alıb. Nəticədə yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.