Bakının Sabunçu rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 23 iyul tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə Balaxanı-Mehdiabad magistral yolunda qeydə alınıb. Taleh Şirinova məxsus 77-XJ-906 dövlət nömrə nişanlı “Kia” markalı avtomobil yanıb. Alışma avtomobilin mühərrik hissəsində başlayaraq salon hissəsinə keçib.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.