Paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsində qadın qohumu tərəfindən bıçaqlanıb. Bu haqda bu gün, 23 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
36 yaşlı Xəyalə Hüseynova qardaşı oğlu ilə mübahisə edən zaman qohumu tərəfindən 3 bıçaq zərbəsi alıb. O, döş qəfəsindən aldığı bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.