Paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsində soyğunçuluq hadisəsi baş verib. Bu haqda bu gün, 17 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
66 yaşlı T.İbrahimov qəsəbə sakini N.Məmmədovaya zor tətbiq edərək onun çantasını oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı araşdırmalar davam edir.