Bakının Sabunçu rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 7 fevral tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Hadisə Balaxanı yolunda qeydə alınıb. “Toyota Yaris” markalı avtomobil “Kia” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində “Toyota” dərəyə düşüb. Əraziyə evakuator xidməti cəlb olunub.
Xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur. Hər iki avtomobilə ciddi maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.