Bakının Sabunçu rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 15 iyun tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Qəza Balaxanı–Zabrat yolunda qeydə alınıb. “Toyota Prius” markalı avtomobil 166 nömrəli marşrut avtobusu ilə toqquşub.
Nəticədə hər iki nəqliyyat vasitəsinə maddi ziyan zəyib. Bir nəfərin yüngül xəsarət aldığı bildirilir.
Hazırda araşdırmalar davam edir.