Bakı sakinini balta ilə öldürən xarici vətəndaşın cinayət işi başa çatıb və toplanan materiallar Bakı Ağır Cinayətlər Mahkəməsinə göndərilib. Bu haqda Trend məlumat yaıyb.
Cinayət işinə hakim Səyavuş Hacıyev tərəfindən baxılacaq. İclasın tarixi və vaxtı barədə məlumat qısa zamanda yayılacaq.
Hadisə mayın 25-də Bakı şəhərində baş vermişdir. 33 yaşlı Hüseyn Cavadov Munasinqxe Samit Civan tərəfindən başından balta ilə vurulmuşdur. Ağır xəsarətlər alan Cavadov təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya yerləşdirsə də, onun həyatı xilas etmək mümkün olmamışdır.
Faktla bağlı cinayət işi açılıb, Munasinqxe Samit Civan şübhəli şəxs qismində saxlanılıb.