Paytaxtda vətəndaşın bank hesabından oğurluq edən şəxs saxlanılıb. Bu haqda 8 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Biləsuvar rayon sakini Nizami RPİ 24-cü Polis Şöbəsinə müraciət edərək bildirib ki, onun hesabından 710 manat oğurlanıb. Keçirilən əməliyyat tədbiri nəticəsində Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Feyziyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.