Bakının Nizami rayonunda iyunun 2-də Bakı şəhər sakini olan bir nəfərin bank kartından hesabındakı 470 manatı oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 7 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində əməli törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Emil Səfərəliyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.