Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Bu haqda bu gün, 9 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı vətəndaşlardan birinin kartından 312 manat pul oğurlamış paytaxt sakini, 21 yaşlı Aqşin Quliyev saxlanılıb.
Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə daha bir vətəndaşın bank kartından 346 manat pul oğurlamış Qusar rayon sakini, 26 yaşlı Sahil Xaspoladov saxlanılıb.
Hər faktla bağlı araşdırma aparılır. Həmin şəxslərin əməllərindən zərər çəkən başqa şəxslər varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.