Bakının Səbail rayonu, Bayıl qəsəbəsində 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 28 oktyabr tarixində Bakuplus.az Avtosfer.az-a istinadən xəbər verir.
Qəza Bakı Su İdman Sarayın yaxınlığında qeydə alınıb. Şahidlərin sözlərinə görə, Bibiheybət istiqamətindən yüksək sürətlə hərəkət edən “Toyota Corolla” markalı avtomobil “Toyota Camry” markalı nəqliyyat vasitəsinə çarpılıb. Nəticədə 5 nəfər xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıblar.
Əraziyə tacili tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.