Bayraq meydanında avtoşluq edən şəxs tutulub. Bu haqda bu gün, 29 may tarixində Bakuplus.az Qaynarinfo-ya istinadən xəbər verir.
27 yaşlı Biləsuvar rayon sakini Zabil (ad şərtidir) Bayraq meydanı ərazisində öz “BMW 428” markalı avtomobili ilə drift edib. O, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində protokol tərtib olunub.
Belə ki, sürücü 1 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib və 500 AZN cərimələnib.