Bakının Biləcəri dəmir yolu stansiyası ərazisində paytaxt sakini narkotikə görə saxlanılıb. Bu haqda bu gün, 9 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Orxan Umudovun üzərində 315 qram metamfetamin və 436 qramdan artıq marixuana aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.