Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşlı kişi dəm qazından zəhərlənib. Bu haqda bu gün, 7 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə qəsəbənin Yəhya Hüseynov küçəsində baş verib. 60 yaşlı Əşrəf Hacağayev yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Faktla bağlı araşdırmaya başlanılıb.