Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən bir həyətyanı sahədən oğurluq edilib. Bu haqda bu gün, 13 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, sözügedən ərazidən 500 manat dəyərində avtomobil ehtiyat hissələri və 2 ədəd su qızdırıcısı oğurlanıb.
Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş F.Əliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.