Binəqədi rayonunda avtomobil piyadanı vurub. Bu haqda bu gün, 27 noyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində baş verib. 45 yaşlı Rasim İsmayılov avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.