Bakının Bilgəh qəsəbəsində yerləşən çimərlikdə oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 31 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, çimərlikdə müxtəlif vaxtlarda 6 nəfərin 9000 manat dəyərində 7 ədəd mobil telefonu və içərisində ümumilikdə 750 manat pul olan çantalar oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 32 yaşlı Niyaməddin Qurbanov saxlanılıb.
Hazırda araşdırma aparılır.