Paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsində sellofana bükülmüş meyit tapılıb. Bu haqda bu gün, 20 dekabr tarixində Bakuplus.az Baku.es-ə istinadən xəbər verir.
“Azbadam” şirkətinə məxsus badam bağında qazıntı işləri aparılan zaman sellofana bükülmüş və torpağa basdırılmış qadın meyiti aşkarlanıb. Cəsədin kimə məxsus olduğu və hansı şəraitdə ora basdırıldığı məlum deyil.
Faktla bağlı araşdırma aparılır.