Bakının Sabunçu rayonunun Bilgəh qəsəbəsində ötən gün iki dost boğularaq ölüb. Bu haqda bu gün, 22 iyul tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.
Onların birinin 21 yaşlı Nicat Alıxanlı olduğu məlum olub. Dostunun kimliyi hələ də məlum deyil. Hər iki şəxsin meyiti morqa təhvil verilib.
Verilən məlumata görə, mərhum Nicat aprel ayının 14-də Aytac adlı xanımla nişanlanıb, oktyabr ayının 10-da toyu olacaqmış. Xanımın blogerliklə məşğul olduğu deyilir.