Bakının Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən çimərlikdə iki qardaş boğulma təhlükəsi ilə üzləşib. Bu haqda bu gün, 22 iyul tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
27 yaşlı Tural Gülməmmədov və onun 30 yaşlı qardaşı Orxan Gülməmmədov dənizdə çimərkən qəflətən batmağa başlayıblar.
Övladlarının boğulduğunu görən ata dənizə girərək hər ikisini xilas edib.
Qardaşlar 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıblar. Onların vəziyyəti ağır olduğuna görə hər iki şəxs reanimasiyaya yerləşdirilib.