Sabunçu rayonunda evdən oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 20 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Bilgəh qəsəbəsində baş verib. Zamiq Mənzimov evlərin birinin həyətindən 8000 AZN dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.