Sabunçu rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 14 iyul tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Bilgəh qəsəbəsində baş verib. 49 yaşlı Elxan Xələfov avtomobil yolunu piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən zaman onu maşın vurub. Nəticədə piyada ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.