Bakının Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisindəki çimərlikdə bədbəxt hadisə nəticəsində 30 yaşlı kişi dünyasını dəyişib. Bu haqda bu gün, 8 iyul tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
30 yaşlı Anar İsmayılov çimərlikdə qadının batdığını görərək onu xilas etməyə çalışıb. Hadisə zamanı qadın sağ qalsa da, İsmayılovun həyatını xilas etmək mümkün olmayıb.
Anar İsmayılov ticarət mərkəzlərinin birində mühafizəçi kimi çalışıb.