Sabunçu rayonu, Bilgəh qəsəbəsində narkotik alverinə qarşı əməliyyat keçirilib. Bu haqda bu gün, 8 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı qəsəbə sakinləri – 55 yaşlı Fərhad Muradov və əvvəllər məhkum olunmuş 45 yaşlı Həsən Novruzov saxlanılıblar. Onların həyətyanı sahələrindən xüsusi qulluq edərək yetişdirdikləri ümumi çəkisi 20 kiloqram olan 40 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar davam edir.