Bakının Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki qadını avtomobil vurub. Bu haqda bu gün, 6 noyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
66 yaşlı Abadxanım Əzizova və 36 yaşlı Kəmalə Noylanova yolu keçən zaman onları avtomobil vurub. Nəticədə yaralılar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.