Bakının Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yaşayan yeniyetmə qız itkin düşüb. Bu haqda bu gün, 21 iyul tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
15 yaşlı Səbinə Abuşova yaşadığı evdən çıxıb və geri qayıtmayıb.
Hadisə ilə bağlı polisə müraciət daxil olub, fakt araşdırılır.