Suraxanı rayonunda yeniyetmə qız itkin düşüb. Bu haqda bu gün, 2 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə rayonun Binə qəsəbəsinin Südçülük sovxozu adlanan ərazisində baş verib. Burada yaşayan 15 yaşlı Aynur Əbilova yaşadığı evdən çıxıb və ondan bir daha xəbər almaq mümkün olmayıb. Bu haqda yeniyetmənin anası polisə müraciət edib.
Faktla bağlı araşdırmaya başlanılıb.