Xəzər rayonunda avtomobil piyadanı vurub. Bu haqda bu gün, 15 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə rayonun Binə qəsəbəsində baş verib. 23 yaşlı Hakim Rəhimli avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Təfərrüatlar araşdırılır.