Bakının Xəzər rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 27 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə Binə qəsəbəsində qeydə alınıb. 39 yaşlı Röyalə Qasımova yolu keçən zaman onu avtomobil vurub. O, müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.