Xəzər rayonunda avtomobildən oğurluq edilib. Bu haqda bu gün, 29 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Binə qəsəbəsində baş verib. Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Allahverdiyev “VAZ-2107” markalı bir avtomobildən 2300 AZN pul oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.