Xəzər rayonunda odlu silah tapılıb. Bu haqda bu gün, 16 may tarixində Bakuplus.az Penitensiar Xidmətə istinadən xəbər verir.
Daxili İşlər Nazirliyi və Penitensiar Xidmətin birgə keçirdikləri əməliyyat nəticəsində adıçəkilən rayonun Binə qəsəbəsi ərazisində Nazim Novruzova məxsus 1 ədəd “AK74” markalı silah və 1 ədəd avtomat sandıqçası aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.