Xəzər rayonunun Binə qəsəbəsində saxta dollar satan dəstə üzvləri tutulublar. Bu haqda bu gün, 16 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
42 yaşlı Gülnarə Eynullayeva, 33 yaşlı Samir Fətullayev və 24 yaşlı Əli Həmidov qəsəbə ərazisində yerləşən mağazada alış-veriş edən zaman tutulublar. Onlarda ümumilikdə 33 ədəd saxta 100 ABŞ dollarlıq əsginaslar aşkarlanıb.
Faktla bağlı araşdırmalar davam edir.