Bakının Suraxanı rayonunun Binə qəsəbəsindəki Südçülük sovxozunda mebel sexində yanğın baş verib. Yanğında iki nəfər həlak olub. Bu haqda bu gün, 10 aprel tarixində APA məlumat verib.
Yanğın səhər saat 05:00 radalərində baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Alışma nəticəsində 370 kv.m sahəsi olan sexin 44 kv.m-i yanıb. Tikilidə hazırda şəxsiyyətləri məlum olmayan iki nəfərin meyiti aşkar edilib.
Hadisə araşdırılır.