Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində odlu silah və 2 ədəd tüstülü əl qumbarası aşkar edilib. Bu haqda bu gün, 21 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Qəsəbənin N.Abbasov küçəsində yerləşən yarımtikilidə aparılan baxış zamanı polis əməkdaşları tərəfindən “Toz-8” markalı ov tüfəngi və 2 "G-303 CSS” markalı tüstülü əl qumbarası tapılıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar. Aşkar olunan sursatlar ərazidən götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
[caption id="attachment_124042" align="alignnone" width="640"]
Foto DİN[/caption]