Xəzər rayonu, Binə qəsəbəsində avtomobildən oğurluq edilib. Bu haqda bu gün, 6 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Rəhimov “Fiat” markalı avtomobildən, eləcə də 4 evdən ümumilikdə 600 AZN pul, bank kartları və 2 ədəd mobil telefon, həmçinin məişət əşyaları, inşaat materialları, təmir alətləri və 2 ədəd daşkəsən aparat oğurlamaqda şübhəli bilinir.
Onun barəsində araşdırmalar davam edir.