Bakının Suraxanı rayonu, Binə qəsəbəsi ərazisində iyunun 16-da gecə saatlarında avtomobil yandırılıb. Bu haqda bu gün, 21 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
“Toyota” markalı avtomobilin yanması ilə bağlı Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsində aparılan araşdırmalarla nəqliyyat vasitəsinin qəsdən yandırılması ilə bağlı məlumat daxil olub.
Keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Rəşad Nəzərov saxlanılıb. Fakt araşdırılır.