Suraxanı rayonu, Binə qəsəbəsində yeniyetmə oğlan itkin düşüb. Bu haqda bu gün, 5 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə qəsəbənin “Südçülük sovxozu” adlanan ərazisində baş verib. 13 yaşlı Ömər Heydərov ötən gün səhər saatlarında yaşadığı evdən çıxıb və ondan bir daha xəbər almaq mümkün olmayıb.
Hazırda yeniyetmənin axtarışları davam edir.