Bakının Binəqədi rayonu, Xurşidbanu Natəvan və Yəhya Hüseynov küçələrinin kəsişməsində nizamlanan yolayrıcı təşkil olunub. Bu haqda bu gün, 22 dekabr tarixində Bakuplus.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən məlumat verir.
Ərazidə işıqforlar və müvafiq yol nişanları quraşdırılıb, piyadalar üçün keçid xətləri çəkilib.
Görülən işlər nəticəsində hərəkət növbəliliyi təşkil olunub, piyadaların təhlükəsizliyi artırılıb.