Paytaxtın Binəqədi rayonu Goradil qəsəbəsində yol nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 7 oktyabr tarixində APA məlumat yayıb.
Daşkəsən rayon sakini B.Əhmədovun idarə etdiyi “Mercedes” markalı avtomobil hərəkətdə olarkən Bakı şəhər sakini Qasım Abbasovun idarə etdiyi “Renault” markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Sonuncu hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.