Binəqədi rayonunda kişi naməlum şəraitdə bıçaqlanıb. Bu haqda 6 oktyabr tarixində APA məlumat verib.
Binəqədi qəsəbəsində Bakı sakini Allahqulu Əzimov axşam saatlarında naməlum şəraitdə bıçaqlanıb. Yaralı qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.
Faktla bağlı cinayət işi başlanılıb, hadisənin hansı şəraitdə və kim tərəfindən törədilməsi araşdırılır.