Paytaxtın Binəqədi rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 28 oktyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 30 kv.m olan tikilinin üzlüyü 15 kv.m sahədə yanıb. Binanın digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.