Bakının Binəqədi rayonunda yerləşən avtomobil təmiri sexində yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 10 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma anbar və 7 ədəd boksdan ibarət olan sexdə qeydə alınıb. Ümumi sahəsi 1800 kv.m olan tikilinin 2 boksunun yanar konstruksiyaları 144 kv.m sahədə yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.