Bakının Binəqədi rayonunda avtomobil qaçırılıb. Bu haqda bu gün, 25 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polisə daxil olan məlumata görə, “Kia” markalı avtomobil ərazidə yerləşən avtoyumaların birindən oğurlanıb.
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən həmin avtoyuma məntəqəsində işləyən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Bəhruz Bəşirov saxlanılıb. Bəşirov dekabrın 24-də gecə saatlarında Yasamal rayonu ərazisində avtomobillə saxlanılıb.
Hazırda araşdırmalar aparılır.