Bakının Binəqədi rayonunda yerləşən birmərtəbəli evdə yanğın olub. Bu haqda bu gün, 18 deakbr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 35 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.