Bakının Binəqədi rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 10 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə, eləcə də damına yığılan əşyalar yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.