Paytaxtın Binəqədi rayonu, Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 9 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
“Changan” markalı avtomobil hərəkətdə olan zaman kəsişmədə dayanan “VAZ-21015” markalı nəqliyyat vasitəsinə çarpılıb, daha sonra isə səkiyə dəyib. Nəticədə hər 2 sürücü ağır xəsarətlər alıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_82372" align="alignnone" width="653"]
Foto apa.az saytı[/caption]