Binəqədi rayonunda cibgirlik edən 3 nəfər tutulub. Bu haqda bu gün, 26 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakinləri Rüfət Əliyev və Rəşid Ağayev insanların sıx olduqları ərazilərdə cibgirlik edərək onların cibindən pul, bank kartları və sənəd olan pulqabılarını oğurlamaqda şübhəli bilinirlər.
Həmin şəxslər barəsində araşdırmalar davam edir.