Bakıda hamilə qadın evdə ölüb. Bu haqda 1 dekabr tarixində Report məlumat verib.
Binəqədi rayonunda noyabrın 30-da Sumqayıt şəhərində anadan olmuş, 5 aylıq hamilə Nəzrin Həsənova yaşadığı evdə hamiləlik qanaxması səbəbindən dünyasını dəyişib.
Qadının meyiti daxili müayinə edilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə (MTEPA) göndərilib.
Faktla bağlı araşdırma aparılır.